Son vaxtlar Azərbaycanın daşınmaz əmlak bazarında, xüsusilə, Bakı və ətraf qəsəbələrdə qiymət artımı müşahidə edilir. Bunu müxtəlif səbəblərlə əlaqələndirənlər olduğu kimi ƏDV-nin tətbiq edilməsini göstərənlər də az deyil.
Bəs ƏDV tətbiqinin bu artımlarda rolu nə qədərdir?
Bizim.Media-nın sualını cavablandıran əmlak bazarı üzrə ekspert Anar Nəsirov bildirib ki, qiymətlərin artma səbəbi başqadır:
“ƏDV-nin tətbiq edilməsinə görə, bahalaşma olsaydı, onda ikinci əl mənzillərdə bunu müşahidə etməzdik. Əmlak bazarında qiymətlərin artmasına səbəb kimi ƏDV tətbiqinin göstərilməsini düzgün hesab etmirəm. Qiymətlərin artmasında başlıca səbəb Rusiya-Ukrayna arasında gedən savaşdır. Ukraynadakı savaşdan yayınmaq istəyən, ölkədən qaçmış insanlar, eləcə də Rusiyada hərbi səfərbərlikdən yayınan adamlar Bakıya pənah gətiriblər. Onlar buraya gəldikdən sonra Bakının abadlığını gördülər və əksəriyyəti burada yaşamaq üçün əmlak almaq qərarına gəldi. Bu da qiymət artımına səbəb oldu”.
Ekspert həmçinin, qeyd edib ki, qiymət artımının bir səbəbi də ipoteka şərtlərinin yumşaldılmasıdır:
“300 min manatadək olan mənzillərin bahalaşma səbəblərindən biri də ipoteka şərtlərinin yumşaldılmasıdır. Bu da bazarda rəqabəti artırıb. 300 min manatdan baha evlərdə qiymət artımı qeydə alınmayıb. Çünki onlara çox da tələbat yoxdur. Əvvəlki illərlə müqayisədə həmin mənzillərin qiyməti stabil qalıb”.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 10.12.2022
Qiymət artımı hansı mənzillərdə olacaq? – Ekspertin CAVABI
Hazırda oxunan: Qiymət artımı hansı mənzillərdə olacaq? – Ekspertin CAVABI
Hazırda oxunan: Qiymət artımı hansı mənzillərdə olacaq? – Ekspertin CAVABI
108803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.