Serbiya Azərbaycandan qaz idxal edəcək

Serbiya Azərbaycandan qaz idxal edəcək

Hazırda oxunan: Serbiya Azərbaycandan qaz idxal edəcək

107584

Serbiya hər ay qaz idxalına 200 milyon avro, elektrik enerjisi alınmasına100 milyon avroya qədər vəsait xərcləyir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqı (Aİ) ilə ünvanlı maliyyə yardımı haqqında sazişlərin imzalanmasından sonra deyib.

Serbiya lideri bildirib ki, ümumi rəqəmlərlə ayda 200 milyon avrodan az pul xərcləmirik. “Yalnız elektrik enerjisinin idxalı üçün noyabrda 42 milyon avro xərcləmişik.

Dekabrda bu məbləğin 90 milyon avrodan 100 milyon avroya qədər olması gözlənilir. Serbiya tədarükün şaxələndirilməsi çərçivəsində Bolqarıstanla sərhəddə qaz kəməri inşa edir və bu kəmər vasitəsilə Azərbaycandan qaz və Yunanıstandan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına başlayacaq” – deyə Serbiya prezidenti bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO