Azərbaycan bu ərəb ölkəsinə 513 milyon dollar sərmayə yatırıb

Azərbaycan bu ərəb ölkəsinə 513 milyon dollar sərmayə yatırıb

Hazırda oxunan: Azərbaycan bu ərəb ölkəsinə 513 milyon dollar sərmayə yatırıb

107581

Bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqillik Günün 51-ci illiyi və BƏƏ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. 

Bizim.Media xəbər verir ki, tədbirin açılışında BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi çıxış edib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsini vurğulayıb.

Nazir indiyədək iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələrin qoyulması, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını vurğlayıb.
Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artdığı vurğulanaraq bu məbləğin 90 milyon dolları keçdiyi diqqətə çatdırılıb.

“Dubay şəhərində ölkəmizin 2017-ci ildən ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların körfəz ölkələrində satışını təşkil etmək üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfindən BƏƏ-yə otən dövr ərzində 513 milyon dollar sərmayə yatırılıb. Azərbaycanda 233 BƏƏ investisiyalı şirkət fəaliyyət göstərir”,- deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO