Avropalı turistlər Azərbaycana niyə gəlmir?

Avropalı turistlər Azərbaycana niyə gəlmir?

Hazırda oxunan: Avropalı turistlər Azərbaycana niyə gəlmir?

107520

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 176 ölkəsindən 1 milyon 323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox turist gəlib. 

Bu dövrdə gələnlərin 27,4 faizi Rusiya, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,3 faizi Pakistan və s. ölkələrin vətəndaşları olub. 

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə çox azdır, cəmi 62,6 min nəfər. 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, Avropa İttifaqından ölkəmizə gələn turistlərin sayının az olmasına təsir edən amillərdən biri Azərbaycanın quru sərhədlərinin perimetr boyu bağlı olması ilə əlaqədardır: 

“Avropalı turistlər adətən büdcə turizminə üstünlük verir. Yəni onlar bir ölkəyə gəlirsə, ardınca ona qonşu ölkələrə də səfər etməyi xoşlayır. Məsələn, Gürcüstana gələn turistlər oradan Ermənistan və Türkiyəyə də səfər edirlər. Bu zaman da hava məkanından deyil, əsasən quru yollardan istifadə edirlər. Bu mənada Azərbaycanın quru sərhədlərinin bağlı olması avropadan gələn turistlərin sayının az olmasına öz təsirini göstərib”. 

Ekspertin dediyinə görə, ölkəmizin hava məkanında olan inhisarçılıq da avropalı turistlərin Azərbaycana marağının azalmasına rəvac verib: 

“Yaranmış vəziyyətdə Avropada təbliğatın zəif olması amili də rol oynayır. Həmçinin görünür, ölkəmiz ruslar və ərəblərdən fərqli olaraq avropalı turistlər üçün o qədər də cazibədar deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO