Azərbaycanda strateji malların SİYAHISI hazırlanır

Azərbaycanda strateji malların SİYAHISI hazırlanır

Hazırda oxunan: Azərbaycanda strateji malların SİYAHISI hazırlanır

107269

Dövlət ərzaq ehtiyatları 3 istiqamətdə - səfərbərlik, strateji və fövqəladə istiqamətlərində tədarük ediləcək.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

Qeyd edilib ki, strateji istiqamətin özü də 3 hissədən ibarətdir: 

"Bura ərzaq ehtiyatı, tibbi dərman vasitələri ehtiyatı və enerji ehtiyatları daxildir. Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq qanun layihəsi işlənib hazırlanıb, hazırda dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Hazırda strateji malların siyahısı hazırlanır. Bura ərzaq məhsulları metodologiyasına əsasən həyata keçirilir. Burada əhalinin qida tələbatı, onların tərkibi və saxlanma müddəti nəzərə alınır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO