Azərbaycan peyk görüntülərindən istifadə etməklə neçə layihə həyata keçirib?

Azərbaycan peyk görüntülərindən istifadə etməklə neçə layihə həyata keçirib?

Hazırda oxunan: Azərbaycan peyk görüntülərindən istifadə etməklə neçə layihə həyata keçirib?

107246

2019-2022-ci illəri əhatə edən dövlət proqramının yekunlarına əsasən, “Azərkosmos” ASC yerli dövlət qurumları və təhsil müəssisələri ilə birgə peyk görüntülərindən istifadə etməklə 400-dən çox layihə həyata keçirib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, ümumilikdə 137 layihə elmi təqdimatlara həsr olunub.

"Bu dövlət proqramı sayəsində peyk xidmətlərindən istifadə artıb. Coğrafi informasiya sistemləri sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatlar üçün peyk məlumatlarından istifadənin genişləndirilməsi məqsədilə artıq Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Tədris Mərkəzi fəaliyyətə başlayıb”, - deyə S.Əsədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO