“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Azərbaycan və Türkmənistan üçün neft-qaz sektorunda faydalı əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər açır.
Bizim.Media Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşündə bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“Dostluq” yatağı üzrə İşçi Qrupu yaradıldı - SƏRƏNCAM
Məlumata görə, görüşdə müxtəlif istiqamətlər üzrə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, cari ildə Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi bildirilib.
Həmçinin, görüş çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edilib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media