Azərbaycan texnologiyaları Avropa və Afrika bank sistemində tətbiq olunacaq

Azərbaycan texnologiyaları Avropa və Afrika bank sistemində tətbiq olunacaq

Hazırda oxunan: Azərbaycan texnologiyaları Avropa və Afrika bank sistemində tətbiq olunacaq

106234

“Azərbaycan texnologiyaları Avropa və Afrikanın bank sistemində tətbiq olunacaq” 

Bizim.Media xəbər verir ki, bu barədə VI Beynəlxalq Bank Forumunda bildirilib: 

“Azərbaycanın SINAM şirkəti və Litvanın BS/2 şirkəti bank sistemində birgə fəaliyyət üzrə əməkdaşlıq memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində üztanıma tətbiqi ilə şəxsiyyəti təsdiq edən proqram təminatının Litva şirkətinin Avropa və Afrika ölkələrindəki bankomat şəbəkəsində tətbiq edilməsi nəzərdə tutulub.   

Bildirilib ki, ilkin mərhələdə SINAM və BS/2 şirkətlərinin birgə həlli bankomat vasitəsilə ani kreditlərin alınması üçün istifadə ediləcək.  

Qeyd edək ki, Litvanın BS/2 şirkəti öz texnologiyalarını 80-dən artıq ölkədə tətbiq edən və banklar, maliyyə müəssisələri və ticarət-servis təşkilatları üçün ixtisaslaşdırılmış proqram təminatı və texnoloji həllər hazırlayan qabaqcıl şirkətdir. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO