İlkin proqnozlara görə, 2025-ci ilə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yerli və xarici turislər nəzərə alınmaqla, təxminən, bir milyon insan səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
“Hazırda Agentlik həmin ərazilərdə bir neçə layihə həyata keçirir. Hadrut, Tuğ, Daşaltı, Suqovuşan və Şahbulaqda turizm komplekslərinin tikintisi üçün işlər həyata keçirilir. Ümumilikdə regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır. Əlbəttə, həmin ərazilərdə ilk növbədə minalardan təmizlənmə, infrastrukturun qurulması işləri görülməli, əhali oraya qaytarılmalıdır. Düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada qonaqları qəbul edə biləcəyik”, - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:48 / 24.11.2022
2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək
Hazırda oxunan: 2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək
Hazırda oxunan: 2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək
106044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.