Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərlərində 2,2 min ton itki olub, bu da illik müqayisədə 18,5% azdır.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,7 min ton təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 27 505,2 min ton neft nəql edilib. Bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,1% çoxdur. Nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat dövründə kəmər vasitəsilə 21 688,4 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,85% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 580,3 min ton tranzit nefti də (illik müqayisədə 42% çoxdur) nəql edilib.
Ötən il Azərbaycanda neft kəmərlərində 3,3 min ton itki olub, bu da illik müqayisədə 17,9% çoxdur. Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib.
Bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur.
Nəqletmənin 75,5%-i BTC ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:10 / 24.11.2022
Azərbaycanın neft kəmərlərində İTKİLƏRİ AZALIB
Hazırda oxunan: Azərbaycanın neft kəmərlərində İTKİLƏRİ AZALIB
Hazırda oxunan: Azərbaycanın neft kəmərlərində İTKİLƏRİ AZALIB
106037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.