Azərbaycanın magistral qaz kəmərlərindən GƏLİRLƏRİ ARTIB

Azərbaycanın magistral qaz kəmərlərindən GƏLİRLƏRİ ARTIB

Hazırda oxunan: Azərbaycanın magistral qaz kəmərlərindən GƏLİRLƏRİ ARTIB

106034

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 706 401,5 min manat təşkil edib, bu da illik müqayisədə 26% artım deməkdir.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 1 353 883,7 min manat olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib. Bu da illik müqayisədə 12,1% çoxdur.

Qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO