Türkmənistan Azərbaycanla hansı şərtlə razılaşdı? – TƏFƏRRÜAT

Türkmənistan Azərbaycanla hansı şərtlə razılaşdı? – TƏFƏRRÜAT

Hazırda oxunan: Türkmənistan Azərbaycanla hansı şərtlə razılaşdı? – TƏFƏRRÜAT

105544

Nəhayət ki, 25 il masa üzərində qalan layihə reallaşır. Türkmənistan qazının Azərbaycan üzərindən Aİ-yə ötürülməsi istiqamətində hərəkətlilik başalayıb. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ötən həftə Aşqabada baş tutan səfəri çərçivəsində “Transxəzər” layihəsi əsas müzakirə obyekti olub.

Məsələ ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən iqtisadçı ekspert İlham Şaban canlanmanın özünü müsbət hadisə hesab edir:

“Türkmənistan qazının alınması və Türkiyə vasitəsi ilə Avropaya nəql edilməsi məsələsi ilk dəfə 1997-ci ildə gündəmə gəlib. O zaman, “Botaş” şirkəti ilə “Türkmənqaz” Dövlət Konserni arasında bir ildə 30 milyon kubmetr qazın Azərbaycan üzərindən Türkiyəyə çatdırılması barədə müqavilə imzalanmışdı. Bu sırf kommersiya sazişi idi. Həmin sazişə görə qazın 10 milyard kubmetri Türkiyədə qalacaqdı, 20 milyard kubmetr qaz isə Avropaya ötürüləcəkdi. Bu məqsədlə Xəzər dənizindən keçəcək “Transxəzər” boru xəttinin çəkilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilənin imzalanmasından 25 il keçməsinə baxmayaraq, “Transxəzər” layihəsi kağız üzərində qalıb. Lakin bu layihə yenə öz aktuallığını saxlayır”. 

İlham Şabanın sözlərinə görə, Şentopun ötən həftə Aşqabadda keçirdiyi görüşlərdə bu məsələni yenidən gündəmə gətirməsi ondan xəbər verir ki, Türkiyə tərəfi bu layihənin reallaşdırılmasında çox israrlıdır: 
 

“Amma bu məsələyə hələ ki, Türkmənistan rəsmi mövqe bildirməyib. Bildiyiniz kimi, yaxın zamanlarda Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin Zirvə görüşü gözlənilir. Çox gümanki bu Zirvə görüşündə əsas müzakirə mövzularından biri də “Transxəzər” layihəsidir. 


Bu layihə reallaşacağı təqdirdə Azərbaycan əsas oyunçuya çevriləcək və Avropanın qaz təhcizatında mühüm pay sahibi olacaq. Bir sözlə, “Transxəzər” layihəsi reallaşacağı təqdirdə ölkəmiz kifayət qədər iqtisadi divident əldə edəcək və siyasi gücünü bir qədər də artırmış olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO