Mikayıl Cabbarovun təyin etdiyi yeni Fond rəhbəri kimdir? - DOSYE

Mikayıl Cabbarovun təyin etdiyi yeni Fond rəhbəri kimdir? - DOSYE

Hazırda oxunan: Mikayıl Cabbarovun təyin etdiyi yeni Fond rəhbəri kimdir? - DOSYE

105531

Xəbər verdiyimiz kimi, iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Nazirlik yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinə (İH) Osman Xaliyev sədr təyin edilib.

Bizim.Media yeni sədrin dosyesini təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olundu


O, 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini İqtisadi kibernetika ixtisası üzrə bitirib.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində İdarəetmənin informasiya texnologiyası üzrə magistratura pilləsini bitirib.

Sədr 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

O, 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

O.Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, 1 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO