Bu notariat xidmətlərinə rüsum tutulmayacaq

Bu notariat xidmətlərinə rüsum tutulmayacaq

Hazırda oxunan: Bu notariat xidmətlərinə rüsum tutulmayacaq

10445

Azərbaycanda notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumunun və haqqının tutulmasının xüsusiyyətləri müəyyənləşir.

Bizim.Media məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətlərinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcılara keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Qanun qəbul ediləcəyi halda 1 mart 2021-ci ildən qüvvəyə minəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO