İkinci mərhələ çərçivəsində 400 milyard kubmetr qaz hasil ediləcək.
BP şirkəti “Şahdəniz”x9d yatağında hasilat planında Azərbaycanın hələ uzun illər boyu əsas tərəfdaşı olaraq qalacaq, bu barədə Reuters agentliyinə SOCAR şirkətinin adının açıqlanmasını istəməyən, yüksək vəzifəli məmuru bəyan edib.
Oxu.Az xəbər verir ki, informasiya agentliyinin məqaləsində SSRİ-nin süqutundan sonra BP-nin Azərbaycanın neft-qaz sənayesində əsas amil olduğu vurğulanıb.
“Azərbaycan ilə münasibətlər 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin BP-nin ölkənin iri yataqlarından neft hasilatının həcminə dair “vədini tutmadığını”x9d, neft hasilatının aşağı olması ucbatından ölkənin gəlirlərinin az olmasını elan etdikdən sonra pisləşdi. O, dövrdən sonra münasibətlər yaxşılaşıb, yeni şərh isə BP-nin Xəzəryanı respublikada əsas neft operatoru kimi öz mövqelərini qoruyub saxladığını göstərdi”x9d, - məqalədə qeyd edilib.
SOCAR-dakı yüksək vəzifəli məmurun Reuters-ə bildirdiyinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP Azərbaycanın əsas qaz yatağının işlənməsinin ikinci mərhələsi başa çatdıqdan sonra, “Şahdəniz-3”x9d layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığa davam etməyi planlaşdırırlar.
O, həmçinin bəyan edib ki, birinci mərhələ çərçivəsində “Şahdəniz”x9d yatağından 200 milyard kubmetr qaz çıxarılacaq, bu isə Avropanın ildə istifadə etdiyi qazın beşdə iki hissəsinə bərabərdir.
İkinci mərhələ çərçivəsində 400 milyard kubmetr, üçüncü mərhələdə isə 600 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir.
Mənbə üçüncü mərhələnin başlanğıc tarixini dəqiqləşdirməyib. BP şirkətində buna dair şərh verməkdən imtina ediblər.































































































