Bu gün “OPEC plus” ölkələri yenidən toplanır

Bu gün “OPEC plus” ölkələri yenidən toplanır

Hazırda oxunan: Bu gün “OPEC plus” ölkələri yenidən toplanır

104234
 Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEC və qeyri-OPEC ölkələrinin nazirləri online formatda görüşəcəklər. 

Energetika Nazirliyindən Sfera.az-a verilən məlumata görə, görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutur. 

Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi keçiriləcək görüşə OPEC və "Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən qeyri-OPEC ölkələrinin nazirləri qatılacaq. 

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da "OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO