Şimal-Qərb bölgə gəncləri üçün innovativ startaplara start verilir

Şimal-Qərb bölgə gəncləri üçün innovativ startaplara start verilir

Hazırda oxunan: Şimal-Qərb bölgə gəncləri üçün innovativ startaplara start verilir

103880

Şimal-Qərb bölgə gəncləri üçün innovativ startaplara start verilir. İlk belə maarifləndirmə tədbiri isə Zaqatalada təşkil olunacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna layihə meneceri Rəşad Eyvazov məlumat verib.

“Regionlarda innovasiya həvəskarları üçün əla fürsət yaradılır” deyən layihə meneceri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə regionlarda startap ekosistemi üzrə maarifləndirmə və mentorluq proqramlarının start götürəcəyini diqqətə çatdırıb.

Rəşad Eyvazov layihənin məqsədləri haqda danışarkən bildirib ki, bölgələrdəki gənclərin potensialını kəşf etmək, onların innovativ ideyalarını dəyərləndirmək, yerli icmanın formalaşmasını təmin etmək və startap quruculuğuna həvəsləndirməkdir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO