"Ağıllı şəhər"lərin yaradılmasında Yaponiya təcrübəsi öyrənilir

Hazırda oxunan: "Ağıllı şəhər"lərin yaradılmasında Yaponiya təcrübəsi öyrənilir

10378

İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri ilə video-konfrans formatında görüş keçirilib.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi haqqında müzakirələr aparılıb.

Şirkət tərəfindən Yaponiyanın Fukisava, Mutsuzava, Soraşima və bir sıra digər şəhərlərinin nümunəsində rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji mənbələrindən və elektromobillərdən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.

Daha sonra müvafiq sahədə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məlumat və təcrübə mübadiləsi tədbirlərinin bundan sonra da davam etdirilməsinə qərar verilib.

Video-konfransda energetika nazirinin müavini Elnur Soltanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, həmçinin “TEPSCO” şirkətinin rəhbərliyi iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO