Türk Dövlətləri Təşkilatının SAMMİTİ: - Hansı qərarlar qəbul ediləcək?

Türk Dövlətləri Təşkilatının SAMMİTİ: - Hansı qərarlar qəbul ediləcək?

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının SAMMİTİ: - Hansı qərarlar qəbul ediləcək?

103595

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü keçiriləcək. Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə qurumda müşahidəçi ölkə statusundadır. 

Nəzərə alaq ki, bu vaxtadək TDT-nin toplantılarında əsasən mədəni-sosial əlaqələrin inkişaf etdirilməsi müzakirə olunurdu. Bu dəfəki Zirvə görüşündə isə sırf iqtisadi, kommunikasiya dəhlizləri və digər strateji məsələlər müzakirə ediləcək. Bu da onu göstərir ki, TDT artıq siyasi güc mərkəzinə çevrilir.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bu tədbirin böyük hadisə olduğunu bildirdi:
 

MÖVZU İLƏ BAĞLI:

TDT liderlərinin Özbəkistanda zirvə GÖRÜŞÜ KEÇİRİLƏCƏK 


“TDT-nin bundan əvvəlki Zirvə görüşü İstanbulda olmuşdu. Artıq Türk Dövlətləri Biriliyinin qüdrətlənməsi istiqamətində ciddi addımlar atılır. Türk dövlətləri arasında iqtisadi, ticari və siyasi əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması Zirvə görüşündə geniş şəkildə müzakirə olunacaq”. 

Qabil Hüseynli onu da əlavə etdi ki, nəticə etibarı ilə TDT daha yekdil şəkildə dünya siyasətinə təsir edə biləcək bir gücə çevrilir:

“Artıq bununla bağlı dünya mətbuatında geniş şərhlər var. Bütövlükdə bu siyasi, iqtisadi və digər inteqrasiya formalarını özündə ehtiva edən TDT dünya siyasətində önəmli rollardan birini öz üzərinə götürməyi hədəfləyir. Ona görə də bu Zirvə görüşündən böyük gözləntilərimiz var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO