Noyabrın 4-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd edilib ki, Baş nazir Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay biznes forumun açılışında iştirak ediblər.
Ə.Əsədov və F.Oktay biznes forumun açılışında çıxış ediblər.
Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Biznes forumda, həmçinin iş adamları arasında ikitərəfli görüşlər keçirilib, bir sıra sənədlər imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:41 / 04.11.2022
Azərbaycan-Türkiyə biznes forumunda bir çox sahədə əməkdaşlıq MÜZAKİRƏ EDİLİB - FOTO
Hazırda oxunan: Azərbaycan-Türkiyə biznes forumunda bir çox sahədə əməkdaşlıq MÜZAKİRƏ EDİLİB - FOTO
Hazırda oxunan: Azərbaycan-Türkiyə biznes forumunda bir çox sahədə əməkdaşlıq MÜZAKİRƏ EDİLİB - FOTO
102879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.