Araz Vadisi İqtisadi Zonasının rezidentlərinin sayı artdı

Araz Vadisi İqtisadi Zonasının rezidentlərinin sayı artdı

Hazırda oxunan: Araz Vadisi İqtisadi Zonasının rezidentlərinin sayı artdı

102823

"Prestij-Kimya" MMC-yə Araz Vadisi İqtisadi Zonasının rezidenti statusu verilib. 


Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb. 

Onun sözlərinə görə, yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək: "İnvestisiya dəyəri 4,8 milyon manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək". 

Beləliklə, Araz Vadisi İqtisadi Zonasının rezidentlərinin sayı 2-ə çatıb, qeyri-rezidentlərinin sayı isə birdir. 

Xatırladaq ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Prezidentinin 2021-ci ilin 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka 200 hektar ərazi ayrılıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO