Azərbaycanda məzənnə rejimi gələn il də dəyişməyəcək - Mərkəzi Bank 

Azərbaycanda məzənnə rejimi gələn il də dəyişməyəcək - Mərkəzi Bank 

Hazırda oxunan: Azərbaycanda məzənnə rejimi gələn il də dəyişməyəcək - Mərkəzi Bank 

102647

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.

"Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir", - deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycanda 2018-ci il martın 7-dən bəri milli valyutanın məzənnəsi dəyişməyib.

T.Kazımov həmçinin deyib ki, Azərbaycanda investisiya fondlarının yaradılması üçün kapital bazarı inkişaf etməlidir.

"İndi investisiya fondu yaratsaq, vəsaitlər xaricə axıb gedəcək", - deyə baş bankir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO