Əhaliyə qaytarılan ƏDV artırılacaq

Əhaliyə qaytarılan ƏDV artırılacaq

Hazırda oxunan: Əhaliyə qaytarılan ƏDV artırılacaq

102596

Alınan mallara görə əhaliyə qaytarılan ƏDV-nin həcmi artırıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

Sənəddə bildirilib ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması nəzərdə tutulur.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bir müddət öncə Trend-ə bildirmişdi ki, gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur və ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.

Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçıya geri qaytarılır.

"ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO