Aİ ölkələrinə \

Aİ ölkələrinə \"böyük zərbə\" - Rusiyadan gələn neft kəskin azalacaq

Hazırda oxunan: Aİ ölkələrinə \"böyük zərbə\" - Rusiyadan gələn neft kəskin azalacaq

102436

Rusiya neftinin Avropaya idxalına qadağa tətbiq edildikdən sonra Avropa İttifaqı (Aİ) ölkələrinə "qara qızıl" axını gündə 2 milyon barel azalacaq ki, bu da bloka “böyük zərbə” olacaq.  

Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, bunu "Eni" şirkətinin baş direktoru Klaudio Dekalzi bildirib. O qeyd edib ki, Avropanın kompensasiya edə bildiyi hər şey ABŞ-dan gələcək.

"Avropa Rusiya neftinin itirilməsi səbəbindən “böyük zərbə” qarşısındadır" deyə K.Dekalzi bildirib.

Onun sözlərinə görə, gələn il Avropa Rusiyadan tədarük itkisini kompensasiya etmək üçün ABŞ-dan əlavə neft almalı olacaq.  

Qeyd edək ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya hücumuna görə Moskvanı cəzalandırmaq üçün dekabrın 5-dən Rusiya neftinin, fevraldan isə neft məhsullarının dəniz vasitəsi ilə idxalına qadağa qoymağa hazırlaşır.   
"Bir çox neft hasilatçıları hasilat səviyyəsini saxlamaq üçün mübarizə apardıqları və Qərb investorları yeni layihələrə cəlb olunmaq istəmədikləri üçün tədarükün artırılması perspektivləri zəifdir. Hətta ABŞ-da neftin qiymətinin təxminən 20% artmasına baxmayaraq, şist şirkətləri bu il hasilatı yavaş-yavaş artırıblar" -deyə K.Dekalzi bildirib.  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO