Polşa Almaniyadan 6 trilyon 220 milyard 609 milyon təzminat TƏLƏB EDİR 

Polşa Almaniyadan 6 trilyon 220 milyard 609 milyon təzminat TƏLƏB EDİR 

Hazırda oxunan: Polşa Almaniyadan 6 trilyon 220 milyard 609 milyon təzminat TƏLƏB EDİR 

101785

II Dünya Müharibəsi zamanı Almaniyanın Polşaya vurduğu itkilərin ödənilməsi ilə bağlı rəsmi Varşavanın Almaniya Xarici İşlər Nazirliyinə nota verməsinin detalları açıqlanıb. 

Bizim.Media "Russia Today" saytına istinadən xəbər verir ki, detalları Polşanın XİN sözçüsü Lukas Jasina açıqlayıb. 

O, notanın tam məzmununu  açıqlamayıb və bunun diplomatiyanın əsas prinsiplərinə zidd olduğunu əsas gətirib. 

"Amma bizim mövqeyimiz açıqdır və heç kimə sirr olmamalıdır. Biz bunu 9 bənddə təqdim edirik" deyə XİN sözçüsü qeyd edib. 

Polşa xarici işlər nazirinin müavini P.Yablonski isə twitter hesabında yazıb ki, Polşa Almaniyadan 6 trilyon 220 milyard 609 milyon zlotı məbləğində maddi və qeyri-maddi ziyana görə təzminat tələb edir. 

"Bundan başqa, Almaniya tərəfindən müharibə illərində Polşadan götürülmüş və hazırda Almaniya ərazisində olan mədəni sərvətlərin geri qaytarılmasına yönəlmiş sistemli addımlar gözləyirik. Notada həm də debitor borcların ödənilməsi zərurətindən bəhs edilir. 
Polşa tərəfi həmçinin, İkinci Dünya Müharibəsinin Polşa qurbanlarının xatirəsinin əbədiləşdirilməsi sahəsində lazımi əməkdaşlığa və rəsmi Berlinin Almaniya cəmiyyətinə “müharibənin və onun nəticələrinin real mənzərəsini” təqdim etmək üçün təsirli tədbirlərin görülməsinə ümid edir" - deyə P.Yablonski qeyd edib. 

Elvira Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO