Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəkidə "İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnikaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları, “Aqroservis” ASC-nin rəhbərliyi, kənd təsərrüfatı istehsal vasitələrinin idxalı və satışı ilə məşğul olan şirkətlərin rəhbərləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən iri taxılçılıq şirkətlərinin və digər kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri və 500 nəfərdən çox fermer iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Bizim.Media-ya bildirilib ki, kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı güzəştlər tətbiq edilir.
Bildirilib ki, ildən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur.
Bu baxımdan qlobal iqlim dəyişikliyinin səbəb olduğu suvarma ilə bağlı çətinliklərin həllində torpaq və resursqoruyucu texnikalar, müasir texnologiyaların tətbiqi zərurətə çevrilir.
Kənd təsərrüfatı sahəsində tətbiq edilən hər bir innovasiya insanların işlərini asanlaşdırmaqla kənd təsərrüfatının daha sürətli inkişafını təmin edir. Belə ki, yeni texnologiyaların geniş tətbiqi torpaq və su resurslrından səmərəli istifadə ilə yanaşı, məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Müşavirənin əsas məqsədi torpaq və resursqoruyucu texnikalar barədə fermerlərin məlumatlandırılması, kənd təsərrüfatı istehsal vasitələrinin satış qaydalarına dair maarifləndirilməsi, həmin texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi, eləcə də ölkəmizdə texnikaların təchizatı və satışı ilə məşğul olan şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasıdır.
Müşavirədən sonra şirkətlər tərəfindən nümayiş etdirilən torpaq və resursqoruyucu texnikalara, həmçinin gübrə və pestisidlərə baxış keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda Öryət və Şəki kəndlərində müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
İqtisadiyyat
00:22 / 29.10.2022
Şəkidə kənd təsərrüfatına dair respublika müşavirəsi keçirilib - FOTO
Hazırda oxunan: Şəkidə kənd təsərrüfatına dair respublika müşavirəsi keçirilib - FOTO
Hazırda oxunan: Şəkidə kənd təsərrüfatına dair respublika müşavirəsi keçirilib - FOTO
101714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.