Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr edilən toplantısında prezident İlham Əliyevin ölkədəki mövcud sahibkarlıq mühiti, iqtisadiyyatdakı inhisarçılıqla bağlı səsləndirdiyi kəskin tənqidi fikirlər artıq bir neçə gündür ki, cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Çıxışında iqtisadiyyatdakı bütün əsas problemlərə toxunan ölkə başçısının sahibkarların süni şəkildə sıxışdırılması, ədalətli rəqabət mühtinin olmaması, sahibkarlıqla məşğul olan məmurların öz səlahiyyətlərindən istifadə edərək digər sahibkarlara təzyiq göstərməsi ilə bağlı səsləndirdiyi fikirlər, bu cür neqativ tendensiyalara səbəb olanlara ünvanladığı xəbərdarlıq bu sahədə vəziyyətin dəyişəcəyi ilə bağlı gözləntilərə səbəb olub.
Maraqlıdır, İ.Əliyevin məlum
çıxşından sonra sahibkarlıq mühitində hansısa dəyişikliyə şahid olmaq, iqtisadi
sektorda vəziyyətin qismən də olsa yaxşılaşmasını müşahidə etmək mümkün
olacaqmı?
Məsələ ilə bağlı Moderator.az
saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən İqtisadi
və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı- alim Vüqar Bayramov ölkə başçısının mövcud problemlərdən xəbərdar
olmasının özünü müsbət hal hesab etdiyini vurğuladı:
“Bu çıxış hər şeydən öncə
onu göstərdi ki, ölkə başçısı sahibkarların üzləşdiyi problemlərdən xəbərdardır.
Təbii ki, bu sahədəki problemlərin ən yüksək səviyyədə səsləndirilməsi və ölkə
prezidentinin bu problemlərin həlli ilə bağlı tapşırıqlar verməsi bu cür düşünməyə
əsas verir ki, sahibkarları narahat edən problemlər aradan qaldırılacaq. Ölkə
başçısının məlum çıxışı bu cür düşünməyə ümid verir. Həmin çıxışda prezident
praktiki olaraq sahibkarlaırn qarşılaşdığı bütün problemləri qeyd etdi. Vurğuladı
ki, bu problemlərin təcili həlli həyata keçirilməlidir. Bu, göstərir ki,
sahibkarların üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq addımlar
atılacaq”x9d.
V.Bayramovun sözlərinə
görə, sahibkarlıq mühitinin yaxşılaşması, sahibkarların problemlərinin həlli
üçün “ASAN xidmət”x9din səlahiyyətlərinin artırılmasına, elektronlaşmanın genişlənməsinə
ehtiyac var: “Sahibkarların üzləşdiyi problemlərin həlli üçün elektronlaşmanın
genişlənməsini, habelə müxtəlif dövlət qurumlarının səlahiyyətinin “ASAN xidmət”x9də
verilməsini zəruri hesab edirəm. Ölkə başçısının müvafiq fərmanı ilə
lisenziyaların “ASAN xidmət”x9d tərəfindən verilməsinə qərar verildi ki, bu da
sahibkarların qarşılaşdıqları problemlərin həlli baxımından mühüm addımdır. Hesab
edirəm ki, bu prosesin davam etdirilməsinə ehtiyac var. Lisenziyaların sayınn
azaldılması zəruridir. Lisenziyaların sayının azaldılması ilə yanaşı lisenziyaların
sadələşdirilməsi və “ASAN xidmət”x9d tərəfindən təqdim edilməsinə ehtiyac var. Əgər
bütün bunlar “ASAN xidmət”x9də verilərsə, bu, şəffaflığı təmin etməklə yanaşı,
sahibkarların işini də əhəmiyyətli dərəcədə yüngülləşdirər”x9d.
Ekspertin qənaətincə, Dövlət
Gömrük Komitəsinin bəzi səlahiyyətləri də alınaraq “ASAN xidmət”x9də verilməlidir.
Hansı ki, bu, idxal-ixrac əməliyyatlarının daha çevik və problemsiz həllinə
imkan yaradar:
“Dömrük Gömrük Komitəsinin
xidmətlərinin mərhələli şəkildə “ASAN xidmət”x9də verilməsinə ehtiyac var. Bu sahədə
elektronlaşmanın tətbiqi və bunun ASAN xidmətə verilməsi sahibkarlar üçün geniş
imkanlar açır. Bu, sahibkara imkan verir ki, “ASAN xidmət”x9də müraciət edib
lazımi ödənişi həyata keçirməklə idxal və ixrac əməliyyatlarını reallaşdırsın. Bu
cür addımların atılması islahatların yeni mərhələsinin başlamasına gətirib
çıxarda bilər”x9d.
V.Bayramovun sözlərinə
görə, sahibkarların fəaliyyətini yoxlayan qurumlar üzərində nəzarətin
artırılması da bu sahədə həyata keçirilməsi gərəkən vacib tədbirlərdən biridir:
“Sahibkarların fəaliyətini yoxlayan əlaqədar
dövlət qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsinə, qanunun
pozanların sərt şəkildə cəzalandırılmasına ehtiyac var. Habelə, sahibkarla dövlət
qurumlarının əlaqədar şəxsləri arasında ünsiyyətin minimuma salınmasını əmin
etmək lazımdır. Elektronlaşma virtual ünsiyyət formalaşdıracaq, birbaşa təmasın
qarşısını alacaqdır. Bu isə öz növbəsində korrupsiya və bürokratik əngəllərin
aradan qalxmasına yardımçı olacaq. Ona görə də “ASAN xidmət”x9din səlahiyyətinin
artırılması və elektronlaşma prosesinin genişlənməsi bu sahədəki problemlərin mərhələli
şəkildə aradan qaldırılmasına xidmət edə bilər. Bu səbəbdən də elektron xidmətdən
daha çox istifadənin, “ASAN xidmət”x9din səlahiyyətlərinin artırılmasının tərəfdarıyıq.
Yalnız bununla sahibkarların üzləşdikləri problemləri həll etmək, onları aradan
qaldırmaq mümkündür”x9d.
Seymur Əliyev































































































