Bu il Azərbaycanda 152 min tondan çox buğda istehsal edilib - FOTO 

Bu il Azərbaycanda 152 min tondan çox buğda istehsal edilib - FOTO 

Hazırda oxunan: Bu il Azərbaycanda 152 min tondan çox buğda istehsal edilib - FOTO 

100961

Bu il Azərbaycandakı aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib. 

Məlumata görə, ölkədəki 51 aqroparkdan 40-da taxıl əkilir. Bu il 88,8 min ton ərzaqlıq, 31,4 min ton toxumluq, 32 min ton isə yemlik buğda istehsal olunub.

Buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (3,2 ton/ha) yüksəkdir. 

Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. Bir neçə aqroparkda buğda və arpa üzrə orta məhsuldarlıq 6-7 ton/ha (ölkə üzrə 3,2 ton/ha), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton/ha), şəkər çuğunduru üzrə isə 80 ton/ha (ölkə üzrə 43 ton/ha) təşkil edib. 
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə prezidentinin fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində bu il aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 % və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO