“Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq” – RƏSMİ

“Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq” – RƏSMİ

Hazırda oxunan: “Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq” – RƏSMİ

100258

“Cəbrayıl” Qovşaq Yarımstansiyası sayəsində Avropa enerji bazarlarına daha əlverişli çıxış əldə etmək mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Baba Rzayev 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verərkən deyib.

“Cəbrayıl” Qovşaq Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO