Azərbaycan enerji istehsalının gücünü 4,9%-dək artırıb

Azərbaycan enerji istehsalının gücünü 4,9%-dək artırıb

Hazırda oxunan: Azərbaycan enerji istehsalının gücünü 4,9%-dək artırıb

100238

Son bir il elektroenergetika sistemimizin dayanıqlığının artırılması və yeni məzmunda inkişafı istiqamətində uğurlarla zəngin olub. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7 953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və ya 4,9% artım deməkdir.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov Energetiklər Günü ilə bağlı rəsmi mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, elektroenergetika sistemində ümumi gücü 6 642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1 158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir.

Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5%-ni təşkil edir.

Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO