Azərbaycan ağırlıqqaldıranından QƏLƏBƏ - 3 qızıl medal - FOTO

Azərbaycan ağırlıqqaldıranından QƏLƏBƏ - 3 qızıl medal - FOTO

Hazırda oxunan: Azərbaycan ağırlıqqaldıranından QƏLƏBƏ - 3 qızıl medal - FOTO

99993

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Federasiyadan məlumat verilib. 

Məlumata görə, 67 kq-da çıxış edən pəhləvan yaşı 23-dək olan idmançılar arasında qüvvəsinı sınayıb. 

Birdən qaldırma hərəkətində 131 kq çəkinin öhdəsindən gələn atlet bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib çıxın. 

Təkanla qaldırmada 162 kq-ı ram edən “Qartal” klubunun təmsilçisi bu hərəkətdə də birinci yeri tutub. Rüstəmov toplam 293 kq (131+162) nəticə göstərərək, yekun sıralamada da hamıdan güclü olub. 

Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO