Neymardan ETİRAF:

Neymardan ETİRAF: "Real"a keçə bilərdim, amma..."

Hazırda oxunan: Neymardan ETİRAF: "Real"a keçə bilərdim, amma..."

99927

PSJ-nin futbolçusu Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya transfer olunarkən "Real"dan da təklif alıb.

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu özü bildirib.

"Başqa klubların mənimlə maraqlandığımdan xəbərim var idi. Amma "Barselona"ya keçmək arzum idi. 2013-cü ildə “Santos”u tərk edib “Barselona”ya getməyə qərar verdim. Çox variantım var idi, amma uşaqlıqdan "Barselona"da oynamaq arzusunda idim.
Mən həmişə ürəyimə qulaq asıram. "Real"dan təklif aldığımı xatırlayıram. Amma digər variantları xatırlamıram. Son anda "Real" və "Barselona" arasında seçim etməli oldum, amma ürəyimi dinlədim və “Barselona”nı seçdim”.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb. O, 2017-ci ildə 222 milyon avroya PSJ-yə keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO