Şəhriyar Məmmədyarov pley-offda 

Şəhriyar Məmmədyarov pley-offda 

Hazırda oxunan: Şəhriyar Məmmədyarov pley-offda 

99798

"Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə növbəti görüşlərini keçirib. 

37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb. 
Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan təmsilçisi ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO