Azərbaycanın 3 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 Dünya Çempionatında yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək, adını növbəti mərhələyə yazdırıb.
O, finala gedən yolda Ken Matsuyi (Yaponiya) ilə qarşılaşacaq.
63 kq-da Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı (Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi (İran) olacaq.
130 kq-dakı Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov (Qazaxıstan) və Kolton Maykl Şultsu (ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.
87 kq-dakı Laçın Vəliyev isə startda Andreas Vaelisi (Estoniya) yensə də, 1/4 finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb.
Bizim.Media