Taekvondoçularımız Niderlandda 7 medal qazandılar

Taekvondoçularımız Niderlandda 7 medal qazandılar

Hazırda oxunan: Taekvondoçularımız Niderlandda 7 medal qazandılar

99569

Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib.

Bizim.Media xəbər verir ki, 40-dək ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.

Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçumuzdan 7-si fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olublar. Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) üçüncü yeri tutublar.
Beləliklə, yığmamız açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO