Güc idman növləri üzrə Azərbaycan Kubokuna START VERİLİB

Güc idman növləri üzrə Azərbaycan Kubokuna START VERİLİB

Hazırda oxunan: Güc idman növləri üzrə Azərbaycan Kubokuna START VERİLİB

99460

Bakı Su İdmanı Sarayında güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Stronqmen Federasiyasının (ASF) təşkilatçılığı ilə keçirilən turnirdə idmançılar “strict curl” və “streetlifting” üzrə yarışlarda güclərini sınayacaqlar.

Yarışın ilk günündə "strict curl" üzrə medallar uğrunda mübarizə gedir.

Gənclər, böyüklər və veteranlar kateqoriyasi üzrə keçirilən ölkə kubokunda Bakı ilə yanaşı, Gəncə, Qəbələ, Tovuz, Mingəçevir, Yevlax, Şəki və digər bölgələrdən 100-dən artıq idmançı iştirak edir. Turnirdə müxtəlif kateqoriyalar üzrə respublika və şəxsi rekordlar müəyyənləşib.

Yarışın baş hakimi pauerliftinq üzrə üçqat Avropa və dünya çempionu, idman ustası, ASF-in nəzdində “Strict curl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə, baş katib isə federasiyanın prezidenti Bəxtiyar Quliyevdir.
Yarış noyabrda Qırğızıstanda keçiriləcək Dünya Kubokuna təsnifat xarakteri daşıyır. Azərbaycan Kubokuna oktyabrın 16-da "streetlifting" üzrə yarışla yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO