AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 9-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Misli Premyer Liqasının 9-cu turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması səbəbi ilə “Qəbələ” klubu 1600 manat cərimə olunub.
Oyunda “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov oyunun 43-cü dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
"Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması səbəbi ilə “Neftçi” klubu 1600 manat cərimə olunub. “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
"Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunub.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:45 / 14.10.2022
AFFA-nın 9-cu tur üçün cəza və cərimələri bilindi
Hazırda oxunan: AFFA-nın 9-cu tur üçün cəza və cərimələri bilindi
Hazırda oxunan: AFFA-nın 9-cu tur üçün cəza və cərimələri bilindi
99304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.