“Olimpiakos”un direktoru Tofiq Bəhramovdan yazdı - FOTO

“Olimpiakos”un direktoru Tofiq Bəhramovdan yazdı - FOTO

Hazırda oxunan: “Olimpiakos”un direktoru Tofiq Bəhramovdan yazdı - FOTO

99069

“Abşeron yarımadasının cənub sahilində, Avropanın ən şərq paytaxtında, küləklər şəhəri Bakıda “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına stadion var. Bəs Bəhramov kim idi ki, bütöv bir stadion onun şərəfinə adlandırılıb?”

Bizim.Media xəbər verir ki, bunu “Instagram”ında Yunanıstan “Olimpiakos”unun korporativ sosial məsələlər üzrə direktoru Nikos Qavalas yazıb.

Yunanıstan klubunun rəsmisi Tofiq Bəhramov adına Respublika Stadionundan foto paylaşaraq azərbaycanlı hakim haqqında məlumat verib.

“Tofiq Bəhramov 1966-cı ildə dünya çempionatının Almaniya-İngiltərə final oyununda adını tarixə yazdırıb. Final oyununda ingiltərəli futbolçu Cefri Hertsinin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. İndi isə Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır.
2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun idarə etdiyi dünya çempionatının final matçında Almaniyaya qarşı oyundakı yeganə qolun müəllifi Cefri Herst iştirak etmişdir”, - Nikos Qavalas qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO