Çempionlar Liqasında REKORD - 6 dəqiqədə 3 qol - VİDEO

Çempionlar Liqasında REKORD - 6 dəqiqədə 3 qol - VİDEO

Hazırda oxunan: Çempionlar Liqasında REKORD - 6 dəqiqədə 3 qol - VİDEO

99034

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, misirli hücumçu buna qrup mərhələsinin 4-cü turunda "Reyncers"lə görüşdə (7:1) het-trik etməklə nail olub.

68-ci dəqiqədə meydana girən Salah  76, 80 və 81-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bu, turnirin tarixində ən sürətli het-trikdir - 6 dəqiqə 12 saniyə. Hər üçün qolun ötürməsini Dieqo Jota verib.

Buna qədər sözügedən göstəricidə rekord 2011-ci ildə Zaqreb "Dinamo"su ilə oyunda (7:1) 8 dəqiqəyə het-trik edən "Lion"un hücumçusu Bafetimbi Qomisə məxsus idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO