PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

Hazırda oxunan: PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

98887

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni 400 milyon avroya satmağa hazırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə portuqaliyalı insayder Antero Enrike özünün sosial şəbəkə hesabında paylaşım edib. 

Onun sözlərinə görə, bir neçə klub 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. 

Daha əvvəl Mbappenin 2023-cü ilin yayında Paris təmsilçisindən ayrılmaq istədiyi bildirilib. İddiaya görə, forvard klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna səbəb tərəflər arasında münasibətlərin tamamilə korlanmasıdır. 
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm PSJ-nin heyətində 13 oyuna çıxıb və 12 qol vurub. Onun müqaviləsi 2025-ci ildə başa çatmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO