Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Hazırda oxunan: Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

98713

Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxə, 1/8 finalda Nurlıxan Şerxanı (Qazaxıstan),  1/4 finalda ikiqat dünya çempionu Jorje Fonsekanı (Portuqaliya) məğlub edib.

Yarımfinalda o, Kayl Reyesə (Kanada) uduzub. Bürünc uğrunda mübarizədə cüdoçumuz Toma Nikoforovla (Belçika) qarşılaşıb və vaza-ari qalib gələrək bürünc medal qazanıb.
Builki dünya çempionatında bundan əvvəl Azərbaycandan təkcə Hidayət Heydərov (73 kq) bürünc medal qazanmışdı.

Qeyd edək ki, mundiala oktyabrın 13-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO