İdmançımız dünya ikincisi oldu - VİDEO 

İdmançımız dünya ikincisi oldu - VİDEO 

Hazırda oxunan: İdmançımız dünya ikincisi oldu - VİDEO 

98531

7-9 oktyabr tarixlərində Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə dünya çempionatına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanı Diana Dimçenko təmsil edib. Yığma komandamızın üzvünün çıxışı uğurlu alınıb.

Diana irlandiyalı 2 qat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin kimi avarçəkənlərin yer aldığı ilkin mərhələni birinci yerdə başa vurub.  

17 nəfərlik qrupda mübarizəyə başlayan Diana təsnifat yürüşündə finişə 25 dəqiqə, 52 saniyəyə çataraq ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb. Bu nəticə ilə təmsilçimiz A finalında yarışmaq hüququ qazanıb.  

A finalında da 17 idmançı mübarizə aparıb. Kifayət qədər titullu avarçəkənlərin yarışdığı həlledici yürüşdə Diana Dimçenkonu Dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05.86 saniyəyə finiş xəttinə çatan idmançımız dünya çempionatının gümüş medalına sahib olub. Birinci yeri Fransa, 3-cü yeri isə isveçli avarçəkən tutub.  
Qeyd edək ki, Diana Dimçenko 2017, 2018 və 2019-cu illərdə Dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO