AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli oldu

AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli oldu

Hazırda oxunan: AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli oldu

98257

Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, "Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO