Ovusu Kvabena

Ovusu Kvabena "Olimpiakos"a vurduğu qolu bu futbolçuya həsr edib - FOTO 

Hazırda oxunan: Ovusu Kvabena "Olimpiakos"a vurduğu qolu bu futbolçuya həsr edib - FOTO 

98204

“Qarabağ”ın futbolçusu Ovusu Kvabena "İnstaqram" hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə “Olimpiakos”la görüşdən fotosunu paylaşan qanalı hücumçu vurduğu qolu Qana millisinin sabiq üzvü Asamoa Qyana həsr etdiyini bildirib:

“Mən təvazökarlıqla bu qolu əfsanəvi Asamoa Qyana həsr edirəm. Hər zaman sizi qürurlandıracağam. İrəliyə davam”.

Qeyd edək ki, Kvabena "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri matçda ilk qolun müəllifi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO