“Mərakeş azərbaycanlı gənclərin gözü ilə” müsabiqəsi başlayıb

“Mərakeş azərbaycanlı gənclərin gözü ilə” müsabiqəsi başlayıb

Hazırda oxunan: “Mərakeş azərbaycanlı gənclərin gözü ilə” müsabiqəsi başlayıb

98070

Mərakeş Krallığının səfirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və ölkənin dövlət bayramı olan “Yaşıl Yürüş”ün 47-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi elan edib.

Bizim.Media xəbər verir ki, müsabiqədə 6-18 yaş arası gənc rəssamlar iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində məqsəd Mərakeş və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı gücləndirmək, onlar arasında körpü yaratmaq, gənc nəslin dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.
İştirakçılar yarışma əsnasında üç yaş kateqoriyasına bölünərək memarlıq, coğrafi mənzərə, məşhur insanlar, Mərakeş nağılları və ya ölkənin adət-ənənələri kimi Mərakeş elementlərini ehtiva edən sənət əsərlərinin fotoşəkillərini təqdim etməli olacaqlar.

Qaliblər iki məşhur Mərakeşli rəssam Mahi Binebine və Abderrahim Yamou və iki tanınmış azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın və Nərgiz Quliyevanın iştirak etdiyi münsiflər heyəti tərəfindən seçiləcək.

Müsabiqənin şərtləri ilə bu linkdən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO