Rusiyada səfərbərliyə çağırılan Azərbaycan əsilli çempion: “Şoka düşdüm”

Rusiyada səfərbərliyə çağırılan Azərbaycan əsilli çempion: “Şoka düşdüm”

Hazırda oxunan: Rusiyada səfərbərliyə çağırılan Azərbaycan əsilli çempion: “Şoka düşdüm”

97981

“Xəbəri eşidəndə şoka düşdüm. Təsəvvür edin, təyyarə yerə enir və deyirlər ki, sənə müharibəyə çağırış gəlib”. 

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri fiqurlu konkisürmə üzrə Azərbaycan əsilli rusiyalı Avropa çempionu Dmitri Əliyev səfərbərliklə bağlı ona da çağırış gəlməsinə şərh bildirərkən deyib. 

İdmançının sözlərinə görə, öncə bu xəbərdən stress keçirsə də, sonradan hər şeyin qanun çərçivəsində həll olunduğunu bildirib.  

“Evə getdim, bütün sənədləri hazırladım, daha sonra hərbi komissarlığa yollandım. Hazırda hər şey qaydasındadır. Sadəcə gedib qeydiyyatdan keçməli idim”. 

Gözlənilmədən səfərbərliyə cəlb olunmasını dilə gətirən Avropa çempionu bütün planlarının alt-üst olduğunu deyib: 

 “Axşam saat 19:00-da sərbəst proqramla məşq edirsən, 22:00-da Sankt-Peterburqa uçmalısan və birdən sənə deyirlər ki, getməliyik. Qorxdum, amma məşqçilərlə hər şeyi müzakirə etdik, qanunlar çərçivəsində davrandıq. Sadəcə gəl, qeydiyyatdan keç, dedilər. İndi rahat nəfəs almaq olar”. 
Qeyd edək ki, atası azərbaycanlı olan 23 yaşlı Dmitri Əliyev 2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında 7-ci yer tutub. O, 2020-ci ildə keçirilən Avropa çempionatının qalibidir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO