Azərbaycan Gimnastika Federasiyası 20 illiyini qeyd edir - VİDEO

Azərbaycan Gimnastika Federasiyası 20 illiyini qeyd edir - VİDEO

Hazırda oxunan: Azərbaycan Gimnastika Federasiyası 20 illiyini qeyd edir - VİDEO

97912

Bu gün Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir. 
Ölkəmizin Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub.

Həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində beynəlxalq əlaqələr qurulub, respublikamızda gimnastika idman növündə yüksək nailiyyətlər əldə olunub, federasiya dünyada ən fəal quruma çevrilib. 
Azərbaycan milli gimnastika məktəbinin yetirmələrinin Olimpiya Oyunlarında iştirakı, dünya və Avropa çempionatlarında medalların qazanılması, federasiya tərəfindən ölkəmizdə ən nüfuzlu qitə və dünya miqyaslı gimnastika yarışlarının yüksək səviyyədə təşkili federasiya rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. 

Təsadüfi deyil ki, Azərbaycan Gimnastika Federasiyası 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıda liderlik edib.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib. 
Bütün gimnastika ictimaiyyətini federasiyanın yenidən qurulmasının 20 illik yubileyi münasibətilə təbrik edir, uğurlarımızın davamlı olmasını arzulayırıq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO