"Qarabağ" bu gün Avropa Liqasında "Olimpiakos"un qonağı olacaq

Hazırda oxunan: "Qarabağ" bu gün Avropa Liqasında "Olimpiakos"un qonağı olacaq

97654

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

"Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.
 

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO