"Olimpiakos" "Qarabağ"la oyuna HAZIRLAŞIR - FOTO 

Hazırda oxunan: "Olimpiakos" "Qarabağ"la oyuna HAZIRLAŞIR - FOTO 

97630

"Olimpiakos"un Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün iştirak ərizəsi açıqlanıb. 

Bizim.Media xəbər verir ki,  "Olimpiakos"un rəsmi saytında məlumat verilib. 

Bildirilib ki, sabahkı qarşılaşmada baş məşqçi Miçel Qonsalesin sərəncamında 22 futbolçu olacaq. 

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si isə hücumçudur. 

Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis 

Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse 

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges.

Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara 

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO