Daha bir futbolçu Rusiya ilə oyundan İMTİNA ETDİ  

Daha bir futbolçu Rusiya ilə oyundan İMTİNA ETDİ  

Hazırda oxunan: Daha bir futbolçu Rusiya ilə oyundan İMTİNA ETDİ  

97201

Bosniya və Herseqovina millisinin müdafiəçisi Dennis Hadjikaduniç Rusiya yığması ilə yoxlama oyunu keçirməyə qarşı çıxıb. 

Bizim.Media xəbər verir ki, o, "Expressen"ə açıqlamasında deyib ki, futbolçular Rusiya ilə oyunun təşkili ilə bağlı heç bir məlumat almayıblar.

D.Hadjikaduniç Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu matçda iştirak etmək istəmədiyini vurğulayıb:

"Oyuna federasiyalar qərar verir və biz futbolçular heç nə bilmirik. Qəribə görünə bilər, amma həqiqətdir. 

Assosiasiya və ya məşqçi ilə danışacağam. Sadəcə, bu matçda iştirak etmək istəmirəm. Baxaq görək, reaksiya necə olacaq, amma mən ora getməyəcəyəm". 
Qeyd edək ki, bundan əvvəl Rusiya - Bosniya və Herseqovina matçının noyabrın 19-da Sankt-Peterburqda keçirilməli olduğu açıqlanmışdı. Bundan sonra Bosniya və Herseqovina millisinin aparıcı futbolçuları, xüsusilə Edin Ceko və Miralem Pyaniç bu görüşə qarşı çıxıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO